"Zirə" haitili futbolçu transfer etdi

16 İyul 2019 18:34

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə", Sony Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Haitili futbolçu bundan öncə "Boka Xuniors B", "San Luis B", "Altamira", SRKC, "Mohun Baqan" və "Mumbay Siti" klublarında çıxış edib.

Milli.Az