SON DƏQİQƏ: Türkiyəyə məxsus gəmiyə hücum edildi - Heyət üzvləri girov götürüldü

16 İyul 2019 15:54

Nigeriya sahillərində Türkiyəyə məxsus yük gəmisi dəniz quldurları tərəfindən oğurlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gəmidə 10 nəfərin olduğu bildirilir.

Məlumata görə, gəmidəkilər hamısı Türkiyə vətəndaşıdır.

Oğurlanan gəmi Türkiyənin "Kadıoğlu Denizcilik" şirkətinə məxsusdur.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır.

Milli.Az