Almaq istədiyi maşını azərbaycanlı məşhurun avtomobilinə çırpdı - VİDEO

16 İyul 2019 15:19

Reper Ceyhun Zeynalov (Cin) Dilarə Əliyevanın aparıcısı olduğu "Söhbət var" proqramında başına gələn bir ilginc olaydan danışıb.

Milli.Az xəbər verir ki, Cin bir gün səsyazma studiyasında olarkən səkidə saxladığı avtomobilinin tanımadığı şəxsin idarə etdiyi maşın tərəfindən vurulduğunu bildirib.

Reperin verdiyi məlumata görə, onun avtomobilini vuran şəxs həmin maşını almaq məqsədi ilə sınaqdan keçirirmiş.

Cinin olayla bağlı geniş açıqlaması videoda:

Məhəmməd Vaqif
Milli.Az