Təyyarə qəzaya uğrayıb: həlak olanlar var

17 İyul 2019 07:39

Kanadanın Nyufaulend və Labrador vilayətində "De Havilland Canada DHC-2 Beaver" kiçik təyyarəsi qəzaya uğrayıb, nəticədə üç nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə təyyarənin Şeffervill yaşayış sahəsindən havaya qalxmasından sonra baş verib. Həmin təyyarə Nyufaulend və Labrador vilayəti istiqamətində uçub.

Qeyd edilir ki, təyyarə qəzasında üç nəfər həlak olub, dörd nəfər isə itkin düşüb. Qəzanın səbəbi məlum deyil.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az