Acunun özündən 30 yaş cavan sevgilisi ilə ilk fotoları

16 İyul 2019 16:49

Acun İlıcalı özündən 30 yaş cavan sevgilisi Çağla Ayça ilə səhər yeməyini Yunanıstanın Mikonos adasında edib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Acun 20 yaşlı Çağla ilə kameralara tuş gəlib.

Acun Çeşmə səmtində sürətli kateri ilə Mikonosa gedib və yunan dostları ilə görüşüb. Onu bu səfərdə "Fənərbaxça" klubunun keçmiş futbolçusu Van Hoydonk müşayət edib.

Acun 6 saatlıq məsafəni ultra lüks sürətli qayığı ilə 1 saata qət edib.

Milli.Az