Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığa dair memorandum imzalanıb

16 İyul 2019 15:24

Bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasının yekunları üzrə iki ölkə arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfindən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əfqanıstan tərəfindən isə İşçi qrupun rəhbəri, prezidentin baş köməkçisi, maliyyə naziri Mohamməd Humayun Qəyumu imzalayıblar.

Milli.Az