"Gombul qadınlar cənnətə girməyəcək" - Qalmaqallı anlar - VİDEO

16 İyul 2019 12:44

Braziliyada rahib vəz verərkən sözlərindən qıcıqlanan qadınlardan biri onu itələyib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Braziliyanın San Paulo şəhərində təşkil olunan efkaristiya mərasimi zamanı tanınmış rahib Marcelo Rossi kök qadınları qıcıqlandıracaq ifadələr işlədib.

"Gombul qadınlar cənnətə girməyəcək", - deyən Marcelo Rossini onu dinləyən qadınlardan biri itələyib. Yıxılan rahib bir neçə dəqiqə sonra moizə oxumağa davam edib.

Polis hadisəni törədən qadının kimliyi ilə bağlı araşdırma aparır. Onun 40-dan çox yaşının olduğu deyilir.

Emin
Milli.Az