"Mançester Yunayted" qapıçısı David De Xea ilə yeni müqavilə bağlamağa yaxındı.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.
Yeni anlaşma ispaniyalını dünyanın ən yüksək ödənişli qapıçısına çevrəcək. Belə ki, müqaviləyə əsasən, 29 yaşlı oyunçunun həftəlik 200 min funt-sterlinq olan məvacibi 375 minə qalxacaq.
Qeyd edək ki, David De Xeanın hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.
Milli.Az