Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırdı

16 İyul 2019 09:04

"ABŞ Avropa İttifaqının (Aİ) ən yaxşı tərəfdaşıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

F.Mogerini bildirib: "ABŞ bizim ən yaxşı tərəfdaşımız və müttəfiqimizdir. Biz bəzi məsələlərdə razılaşmasaqda, biz digər məsələlərdə yaxşı işləməyi davam etdiririk və bu dostluq qalır".

Ali nümayəndə əlavə edib ki, hazırda ortada İranla nüvə razılaşmasını qüvvədə saxlama məsələsi var.

Milli.Az