23 yaşlı qadın cinayətinin təfərrüatı - Səhərə qədər cinsi əlaqədə olub... - FOTO

15 İyul 2019 11:24

23 yaşlı stüardessanın hotel otağından cəsədi tapılması barədə məlumat vermişdik.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, cinayətin təfərrüatı məlum olub. Moskva hava limanına aid "Vnukovo" hotelindən tapılan cəsəd 23 yaşlı stüardessa Albina Muxametzyanovaya aiddir.

Albinanı öldürən şəxs polis tərəfindən saxlanılıb. 25 yaşlı Nikita Enin cinayəti boynuna alıb. O, sevgilisi Albinanı sekslə məşğul olmaq üçün görüşdüyü 4 ulduzlu oteldə öldürdüyünü hakim qarşısında etiraf edib.

Valyuta mübadilə məntəqəsində işləyən Nikita sevgilisini ona xəyanət etdiyinə görə öldürdüyünü söyləyib. Belə ki, onlar gecə sekslə məşğul olub yatdıqdan sonra Nikita səhər saatlarında sevgilisinin telefonunu yoxlayıb. Onlar arasında mübahisə də "yoxlanış"dan sonra başlayıb və Albinanın ölümü ilə nəticələnib.

Qeyd edək ki, cütlük sosial şəbəkə vasitəsi ilə tanış olub.

Fuad
Milli.Az