Əfqanıstanda partlayış: 5 polis öldü

14 İyul 2019 18:13

Əfqanıstanın şimal-şərqindəki Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı beş polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Partlayış polis əməkdaşlarının Quzarqaxi Nur rayonunda avtomobillə ərazidə patrul xidməti həyata keçirən zaman baş verib.

Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Milli.Az