""Atletiko Madrid" Qrizmannı çox təəssüfləndirdi” - Vəkil

14 İyul 2019 17:13

"Atletiko Madrid"dən 120 milyon avro müqabilində "Barselona"ya transfer olunan Antuan Qrizmannın vəkili açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, fransalı futbolçunun vəkili Sean Karian Madrid təmsilçisinin 200 milyon avro təzminat tələb etməsinə təəccübləndiyini bildirib:

"Xüsusi olaraq, danışılanların tam tərsini edən "Atletiko" Qrizmannı çox təəssüfləndirdi. O, həqiqətən, bu davranışlara layiq deyildi və özünə qarşı bu qədər pis davranış gözləmirdi. Təhdidlərlə bağlı nə lazımdırsa, edəcəyik".

"Barselona" Qrizmannın transferini açıqladıqdan sonra "Atletiko" bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin müvafiq bəndinə əsasən, iyulun 1-dən onun təzminat qiymətinin 200 milyon avrodan 120 milyona düşdüyünü bildirib. Kataloniya təmsilçisinin son məbləği ödəyərək 28 yaşlı oyunçunu aldığı vurğulanıb.

Milli.Az