Nikotin orqanizmə faydalıdırmı?

21 İyul 2019 21:15

Uzun illər həkimlər nikotinin orqanizmə vurduğu zərərlərdən danışıblar.Amma son illərin araşdırmaları az miqdar nikotinin insan bədəni üçün faydalı olduğunu sübut edib.Söhbət siqaretin tərkibində olan nikotindən getmir.Söhbət təmiz nikotindən gedir.
İnsanlarda olan bəzi patologiyaları aradan qaldırmaq üçün nikotin tərkibli xüsusi yağışqanlar da düzəldilib. Bu yapışqanlar xəstənin qoluna yapışdrılır və lazım olan dozada təmiz nikotin tədricən orqanizm tərəfindən sorulur.
Yapışqandan orqanizmə sorulan nikotinin siqaretdəki nikotindən fərqi gec sorulması və təmiz nikotin olmasıdır.
Əslində nikotin dedikdə ilk növbədə ağıla siqaret gəlir Siqaretin tərkibində olan nikotin güclü neyrotoksindir.O qısa bir müddətdə insanın beyninə təsir edir və yalnız 2-3 saat sonra orqanizmdən xaric olunur.Nikotin insan beynində nikotin asetilxloridə çevrilir və adrenalinin təsirini stimulyasiya edir.Nikotin orqanizmdə hormonların miqdarını artırır və insanda olan depressiyanı aradan qaldırır.Nikotinin artıq və toksiki dozası insana pis təsir edir.Bəs doğurdanmı nikotin orqanizə lazımdır?
1 Mütəxəssislər 2 Alsheymer xəstəsi üzərində araşdırmalar aparmışdır.6 ay ərzində qoluna nikotin yapışqanı yapışdırılmış xəstənin nikotin istifadə etməyən xəstəyə nisbətən vəziyyətinin yaxşılaşdğı qeyd olunmuşdur Belə ki,həmin xəstənin beyin hüceyrələrində müsbət irəliləyiş qeyd olunmuş və yaddaşının digər xəstəyə nisbətən yaxşılaşdığı meydana çıxmışdır.Xəstənin beynindəki neyronlara təsir edən nikotin həmin neynonlara stimulyasiyaedici təsir etmişdir.
2 Alimlər yoğun bağırsaq yarasının sağalmasında nikotinin müsbət rolu olduğunu sübut etmişlər.Bunun səbəbi nikotinin heceyrələrin regenerasiya prosesini sürətləndirməsidir.
3 Müxtəlif əməliyyatlarda əmələ gələn kəsiklərin və yara yerlərinin sağalmasında da nikotinin rolu əvəzolunmazdır.
Qeyd etmək istəyirəm ki,nikotin dedikdə həkimlər siqaretin tərkibində olan toksiki nikotindən yox,yapışqanlı plastr şəklində satılan təmiz nikotindən danışırlar.
Milli.Az