Hər gün duş qəbul etmənin zərərli olduğunu bilirdinizmi?

21 İyul 2019 19:15

Kaliforniya Universitetinin mütəxəssisləri San Dieqo şəhərində eksperiment keçirmişlər.Onlar eksperimentin nəticələrini hər gün nəşr edilən "Ortodoks"qəzetində çap etdirmişlər.
Eksperimentin nəticəsi hər gün duş qəbul etməyin orqanizmə və dəriyə zərərli olduğunu sübut etmişdir. Mütəxəssisilər hər gün duş qəbul etmənin hər dəriyə müxtəlif cür təsir etməyindən yazmış və suyun dəriyə təsirinin dəridə quruluğun artmasına səbəb ola biləcəyini qeyd etmişdir. Belə ki, hər gün suyun dəriyə təsiri dərinin quruluğunu artırır. Mütəxəssislər belə olduğu halda dəriyə yumşaldıcı kremlərdən sürtməyi məsləhət bilirlər.
Dermatoloqlar yalnız gigiyena qaydalarına əməl etməyi, intim və düz bağırsaq nahiyənin hər gün yumağı məsləhət bilir. Mütəxəssislər suya həssas dərinin ayda bir dəfə pillinqə getməklə ölmüş dəri toxumalarda xilas olmağı məsləhət bilirlər.

Milli.Az