Səhiyyə Nazirliyi: Şəki Xan sarayında yaralananlardan 4-nün vəziyyyəti ağırdır

14 İyul 2019 14:56

Xəbər verdiyimiz kimi, Şəki Xan sarayının həyətində ağacın aşması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib. 

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən qafqazinfo-ya daxil olan ən son məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağır, digər 15-nin vəziyyəti isə normaldır. 

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək. 

Milli.Az