Xames "Atletiko Madrid"ə keçə bilər

14 İyul 2019 16:01

"Real Madrid"in yarımmüdafiəçisi Xames Rodriqes karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atletiko Madrid" bu transferi həyata keçirməyə yaxındır. Kolumbiyalı yarımmüdafiəçi Zinəddin Zidanın planlarına daxil deyil. Paytaxt klubu yay transfer pəncərəsi bağlanana qədər Xamesi satmağı planlaşdırır.

Qeyd edək ki, 28 yaşlı futbolçunu "Napoli" də transfer etmək istəyirdi. Lakin kolumbiyalı Madriddə qalmağı daha üstün tutub.

Milli.Az