"Kayserispor"dan 3 transfer

14 İyul 2019 13:25

"Kayserispor" klubu heyətini yeni futbolçularla gücləndirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi "Valensiya" klubundan Aymen Abdennuru, geridə qalan mövsümü "Akhisarspor"da keçirmiş Migel Lopesi və "Fənərbağça""dan Yasir Subaşını transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Abdennurla 1 illik müqavilə imzalanıb. 29 yaşlı tunisli müdafiəçi geridə qalan mövsümü icarə əsasında Fransanın  "Marsel" klubunda keçirib. Abdennur daha öncə "Verder", "Toulouse", "Monako" kimi klubların da şərəfini qoruyub.

32 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisi Migel Lopes yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2016-cı ildən Türkiyənin digər təmsilçisi "Akhisarspor"un uğurları üçün çalışırdı. "Benfika"nın yetirməsi olan, Portuqaliya yığmasında 4 oyun keçirmiş müdafiəçi, karyerası ərzində "Rio Ave", "Porto", "Betis", "Braga", "Sporting", "Lyon", "Granada" kimi klublarda da forma geyinib.

"Kayserispor"un daha bir yeni transferi "Fənərbağça"nın cəmi bir neçə gün öncə heyətinə qatdığı müdafiəçi Yasir Subaşıdı. "Fənərbağça" öz yetirməsi olan bu futbolçunu "Ümraniyespor"dan yenicə transfer etmişdi. Amma İstanbul klubu 23 yaşlı futbolçusunu "Kayserispor"a satmağa qərar verib. Subaşı Kayseri təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Milli.Az