Avstraliya sahillərində güclü zəlzələ olub

14 İyul 2019 12:20

Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "UTC" vaxtı ilə saat 05:39-da qeydə alınan yeraltı təkanların episentri Qərbi Avstraliya ştatı sahilləri yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az