Nyu-Yorkda 45 minə yaxın insan işıqsız qalıb

14 İyul 2019 09:19

Elektrik enerjisinin kəsilməsi Nyu-Yorkun mərkəzində bir neçə xətlərdə metro qatarlarının hərəkətinə təsir edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sakinlər küçələrə çıxıb, bəzilərində izdiham yaşanıb. 44500-ə qədər insan işıqsız qalıb.

Qeyd edək ki, öncə 20 min nəfərin işıqsız qalması barədə məlumat verilmişdir.

Məlumata əsasən, elektrik enerjisinin kəsilməsinə səbəb transformator yarımstansiyasında olan yanğın ola bilər. Manhettenin bəzi küçələrində tıxaclar yaranıb.

Milli.Az