Silahlılar Suriyanın Həma və Hələb vilayətlərini atəşə tutublar

14 İyul 2019 07:55

Silahlılar sutka ərzində Suriyanın Həma və Hələb vilayətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Həma vilayətinin Calam yaşayış məntəqəsini, Hələb vilayətinin Sabikiya və Benyamin yaşayış məntəqələrini atəşə tutublar".

Milli.Az