Aslının adından saxtakarlıq etdilər

13 İyul 2019 22:08

Türkiyəli aktrisa Aslı Enverin adından saxtakarlıq edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda məlumat verib.

O bildirib ki, pəhriz dərmanları satan bir şirkət onun fotosundan istifadə edib və Aslı Enverin həmin həblər vasitəsilə arıqladığını qeyd edib.

"Bu məhsulla heç bir əlaqəm yoxdur, məsələ hüquq yolu ilə həll olunacaq" deyə, sənətçi yazıb.

Milli.Az