"Real"dan ayrılmır - qərarını verdi

13 İyul 2019 21:02

"Real"ın futbolçusu Naço Fernandes komandada qalmağa qərar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi  matçlarda  start heyətdə az oynamağına baxmayaraq, Madrid klubundan ayrılmayacaq. İspan oyunçunun ona dəstək olan baş məşqçi Zinəddin Zidana özünü yaxşı tərəfdən göstərməyə çalışacağı və start heyətdə oynamaq üçün rəqabət aparacağı bildirilib.

Qeyd edək ki, Naço ilə "Sevilya" və "İnter"in maraqlandığı iddia olunur.

Milli.Az