İkardi "İnter"in düşərgəsini tərk etdi

13 İyul 2019 19:36

"İnter"in futbolçusu Mauro İkardi komandasının İsveçrədəki düşərgəsini tərk edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi və argentinalı hücumçunun birgə qərarı ilə o, məşqlərə Milanda fərdi qaydada davam edəcək. 26 yaşlı oyunçunun Asiyadakı təlim-məşq toplanışına da qatılmayacağı bildirilir.

Qeyd edək ki, "İnter"in İkardini satacağı gözlənilir.

Milli.Az