"Mançester Yunayted" Poqbanın qiymətini qaldırdı

13 İyul 2019 19:32

"Mançester Yunayted" futbolçusu Pol Poqbanın qiymətini qaldırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin agenti Mino Rayolanın son açıqlamasından sonra klub bu qərarı verib. M.Rayola fransalı oyunçunun klubdan ayrılmaq istədiyini və ona haqq qazandırdığını söyləyib.

"MY" baş verənlərdən sonra Poqbanın qiymətini 170 milyon avrodan 200 milyon avroya yüksəldib.

Qeyd edək ki, Poqba ilə "Yuventus" və "Real"ın maraqlandığı iddia olunur.

Milli.Az