Kişilərin qorxulu düşməni – PROSTAT XƏRÇƏNGİNDƏN NECƏ QORUNMALI?

13 İyul 2019 19:29

Kişilərin qorxduğu xəstəliklərdən biri də prostat vəzi iltihabıdır. Bu problem bütün yaş qruplarında müşahidə edilir.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, xroniki prostatit dedikdə prostat vəzinin iltihabı nəzərdə tutulur. Prostat vəzinin iltihabı iki formada təzahür edə bilər. Əlamətlərin kəskinlik dərəcəsinə görə bunlardan biri kəskin, digəri isə xroniki prostatit adlandırılır. Kəskin prostatit prostat vəzinin irinli iltihabı xəstəliyidir və bütün digər kəskin iltihabi xəstəliklər kimi qızdırma, üşütmə, ümumi halsızlıq əlamətləri, o cümlədən sidik ifrazının ağrılı olması və çətinləşməsi, qarının aşağısında, aralıq nahiyyəsində və anus ətrafı sahədə ağrı ilə müşaiyət olunur.

Xroniki prostatit olan xəstələrdə isə qızdırma, üşütmə, halsızlıq kimi əlamətlər olmur. Sidik ifrazındakı əlamətlər və ağrının xarakteri daha mülayim olur və cinsi sferada müəyyən dəyişikliklər yaranır. Xroniki prostatit olduqda xəstədə əlamətlər çox vaxt mövsümi xarakter daşıyır, adətən soyuq aylarda kəskinləşir və daha qabarıq olur. İsti aylarda isə demək olar ki, əlamətlər çox zəif nəzərə çarpır, yaxud ümümiyyətlə əlamətlər itir.
Prostatit  hər yaşda rastlanır. Lakin daha çox 50 yaşdan yuxarı adamlarda müşahidə edilir.
 
 
Prostat vəzi iltihabı necə bilinir?
- sidiyin tamamilə xaric edilməməsi
- Ağrı şikayətəri
- sidiyə çıxmada yanma
- sidiyə çıxmada çətinlik
- gecə tez-tez sidiyə getmə - Penis ucunda batma
- beldə və əzələlərdə ağrılar
 
Prostat xərçənginin qarşısını alan qidalar:
•    Pomidor
•    Sarıkök
•    Nar
•    Yaşılçay
•    Balqabaq tumu
•    Balıq
 
 
POMİDOR - 10 həftə gündə 50 qram qəbul etsəniz, prostatın böyüməsi riski aşağı düşür. 48 min kişi üzərində aparılan araşdırmada pomidor yeyənlərdə  prostat xərçəngi riskinin aşağı olduğu bildirilib.
 
 
SARIKÖK - prostat xərçənginin qarşısını almaqda əvəzsizdir. Tərkibində olan maddələr sayəsində hətta xərçəngə tutulan insanlarda xərçəng hüceyrələrinin məhv edilməsinə də kömək edir.
 
 
NAR - Nar suyunun ürəyə xeyirli olduğu bir çox araşdırmalarda isbatlanıb. Tərkibindəki tannin və antosiyanidinlərlə yüksək bir antioksidant gücünə sahib olan nar suyu qan dövranına müsbət təsir göstərir, pis xolestrol LDL səviyyəsini azaldır. Nar suyu prostat xərçənginin inkişafını azaldır. Gündə 1-2 stəkan nar suyu içmək prostat xərçənginin qarşısını almaq baxımından çox faydalıdır.
 
 
YAŞIL ÇAY - Mütəmadi olaraq istifadə etmək, prostat xərçəngi riskini azaldır.Yaşıl çayın tərkibindəki kateçin maddəsi insan orqanizmində prostat xərçəngini meydana gətirən vasitələri neytrallaşdırıb təsirsiz hala gətirir. Yaşıl çay xərçənə riskini azaldır araşdırması üçün 12 il müddətində 40-69 yaşında 50 min kişi üzərində təcrübə aparılıb. Nəticələrə görə, gündə 5 stəkandan çox yaşıl çay istifadə edən kişilərdə prostat xərçənginə yaxalanma riski gündə 1 stəkandan az istifadə edənlərdən daha az olub. Araşdırmaya görə, yaşıl çayın prostat xərçənginin yaranması riskini azaltmasına rəğmən, yaranmış olan prostat xərçənginə heç bir təsiri yoxdur.

BALQABAQ TUMU - Prostat və sidikyolu sistemindəki soyuqlamanı aradan qaldırmaq üçün çox effektivdir. Əla maqneziyum mənbəyidir, bu da o deməkdir ki, orqanizmdə gedən bütün prosesləri yaxşılaşdırır. Prostatı olanların hər gün 3-4 ədəddən başlayaraq, ac qarnına balqabaq tumu yemələri məsləhətdir. Bunu 60 gün, gündə 1 tum artırmaqla yemək lazımdır. 60 gün bitdikdə gündə 1 tum azaltmaqla 3-4 tuma çatdırılır.
 
BALIQ - prostat xərçəngini qarşısını alır: Omega - 3 yağlarının anti kanserogen təsiri müxtəlif araşdırmalar nəticəsində ortaya qoyulub. Elm adamları Omega - 3 yağları ilə zəngin bir diyetin şiş və metastaz yaranmasını azaltdığını ifadə edirlər.

Milli.Az