Bakıda 46 yaşlı qadını maşın vurub öldürdü

13 İyul 2019 18:18

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında Mərdəkan-Bakı şosesində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vəliyev Emil Vəli oğlu etibarnamə ilə idarə etdiyi "VAZ-2106" markalı 02-BB-046 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesi, Qala qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Zərdab rayon sakini, 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızını vurub.

Qadın hər iki qolun və hər iki ayağın sınığı xəsarəti alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. N.Qarayeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.

Milli.Az