Tiflis İrəvanı çökdürməyə hazırlaşır: Buğda idxalı...

13 İyul 2019 18:36

Gürcüstan Ermənistana buğda gətirilməsinə qadağa qoya bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Jamanak" qəzeti yayıb.

"Keçən il Gürcüstan hökuməti 1 sentyabrdan etibarən gürcü yollarının yüklənməsini səbəb gətirərək Ermənistan buğda idxalına qadağa qoymuşdu. O zaman Ermənistan hökuməti bu qadağanın qarşısını ala bildi, amma indi problem yenidən aktuallaşır. Bu dəfə qadağa 1 oktyabrda qüvvəyə minə bilər. Əgər bu baş verərsə, o zaman un, çörək və ətin qiyməti artacaq", - deyə qəzet bildirib.

Milli.Az