Lavrovla Mnatsakanyan arasında kəskin söhbət - Paşinyan Moskvanı hövsələdən çıxarır

13 İyul 2019 17:48

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zöhrab Mnatsakanyanın ATƏT-in Xarici İşlər nazirləri başçılarının Slovakiyada qeyri-formal iclası çərçivəsində baş tutan görüşü o qədər də rahat keçməyib, erməni qəzeti "İrates" məlumat yayıb. 

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, məqalədə deyilir:

"Nikol Paşinyandan onsuz da xoşu gəlməyən Sergey Lavrov (rəsmi görüşlər zamanı Lavrov heç vaxt Paşinyan tərəfə baxmır) bu dəfə erməni nümayəndə heyətinin (Ruben Rubinyan) AŞPA-dakı hərəkətindən, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasında erməni nümayəndələrinin Gürcüstan tərəfindən Rusiyaya qarşı təqdim edilən sənədin səsvermə prosesində iştirak etməmək barədə qərar verməsindən təəccübləndiyini bildirib.

Görüşdə Vladimir Putinin oktyabrın 2-də Ermənistana edəcəyi səfərə də toxunulub və ehyam vurulub ki, Putinin Yerevana səfərinə qədər Robert Koçaryan həbsdə olmamalıdır".

Milli.Az