Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başladı

13 İyul 2019 14:54

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən terrorçulara qarşı "Pəncə-2" adı altında hərbi əməliyyatlara başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Pəncə-2" hərbi əməliyyatları İraqın şimalında yerləşən Hakurk bölgəsində terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək.

Əməliyyatlar helikopterlər, qırıcılar və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edir.

Milli.Az