Beyləqanda qəza: bir nəfər öldü

13 İyul 2019 14:29

Beyləqanda ölümlə nəticələn yol-nəqliyyat qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində Şirvan şəhər sakini E. Qarayevin idarə etdiyi "VAZ-21060" və A. İbrahimovun idarə etdiyi "MAZ" markalı avtomobillər toqquşub.

Nəticədə E. Qarayevin sərnişini, Masallı rayon sakini Şərif Cahangirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az