Yaponiyada avtobus qəzası: 20-dən çox yaralı

13 İyul 2019 13:24

Yaponiyanın Naqano prefekturasında turistləri aparan avtobus dağ yolunda minik avtomobili ilə toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Minik maşınının sürücüsünün vəziyyəti ağırdır.

Qəzanın səbəbləri məlum deyil.

Milli.Az