"Fənərbağça" sabiq "Qalatasaray"lını transfer etdi - FOTO

13 İyul 2019 11:44

Türkiyənin "Fənərbağça" klubu növbəti transferini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan Qarri Rodriqesi icarəyə götürüb. Kabo-verdeli futbolçu iki il "sarı-lacıvərdlilər"də çıxış edəcək. Müqavilədə satın alma şərti də yer alıb.

Rodriqes 2017-2019-cu illərdə "Qalatasaray"da çıxış edib. 27 yaşlı vinger ilin əvvəlində 9 milyon avro qarşılığında "Əl-İttihad"a transfer olmuşdu.

"Fənərbağça" daha öncə Maks Kruze, Allahyar Sayyadmaneş, Əmrə Belözoğlu, Murat Sağlam, Vedat Muriki, Altay Bayındır və Yasir Subaşı transfer edib.

Milli.Az