70 adadan ibarət yeni liman şəhəri salınır

13 İyul 2019 23:35

Dənizin doldurulması hesabına yeni liman şəhəri salınır.

Milli.Az seanews.az-a istinadən bildirir ki, dənizin doldurulması hesabına salınacaq yeni liman şəhərində 70 min adamın yaşaması planlaşdırılır.

Yeni sənaye zonası və köhnə şəhər mərkəzi arasında salınan "Colombo Port City"-də 40 min iş yeri açılacaq.

Şəhərin salınması üçün ümumilikdə 1,4 milyard dollar xərclənəcək. "Colombo Port City" 2020-ci ilin birinci yarısında ilk sakinlərini qəbul edəcək.

Milli.Az