Google istifadəçiləri dinlədiyini ETİRAF EDİB

13 İyul 2019 20:25

Google şirkətinin əməkdaşı Devid Monsis etiraf edib ki, şirkətdə istifadəçilərin səsli əmrləri daima dinlənilir.

Milli.Az fed.az-a istinadən bildirir ki, Google şirkəti istifadəçilərin Google Home və Google Assistant proqramlarına verdiyi komandalar dinlənilir.

Şirkətdən bildirilir ki, bunun üçün dünyanın bütün ərazisində linqvistlər işləyir və bu üsul adı çəkilən xidmətləri təkmilləşdirmək üçündür: "Amma istifadəçilərin şəxsi məlumatları və adları Google əməkdaşları üçün naməlum qalır".

Milli.Az