Bahalaşan və ucuzlaşan ərzaqların – SİYAHISI AÇIQLANDI

13 İyul 2019 23:05

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin iyun ayında qiymətləri artıb-azalan məhsulların siyahısını açıqlayıb.
Milli.Az fed.az-a istinadən həmin siyahını təqdim edir.

UCUZLAŞAN ƏRZAQ MALLARI:

İyun ayında
mal və qoyun ətinin,
təzə balığın,
pasterizə olunmamış üzlü südün,
yumurtanın,
bananın,
albalının,
gilasın,
alçanın,
əriyin,
şaftalının,
kələmin,
pomidorun,
xiyarın,
bibərin,
badımcanın,
göy lobyanın,
çuğundurun,
yerkökünün,
soğanın,
sarımsağın,
kartofun,
energetik içkilərin qiymətlərində ucuzlaşma baş verib.

BAHALAŞAN ƏRZAQ MALLARI:
İyun ayında
yumru düyünün,
buğda ununun,
qarabaşaq yarmasının,
makaron məmulatlarının,
toyuq ətinin,
kolbasa məmulatlarının,
sterilizə olunmuş üzlü südün,
şəkərli qatılaşdırılmış südün,
yoqurtun,
xamanın,
pendirin,
kəsmiyin,
kərə və bitki yağlarının,
limonun,
çiyələyin,
şabalıdın,
göyərtinin,
şəkər və şəkər tozunun,
qəhvə,
çay və kakaonun,
dondurmanın,
mineral suların,
kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Milli.Az