Suraxanıda ev yanıb

13 İyul 2019 10:59

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Qeyd edilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az