İtkin düşməsi barədə məlumat yayılan 12 yaşlı oğlanın cəsədi tapılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Argentinanın şimalında yerləşən Santa Fe vilayətinin Recreo qəsəbəsindən parçalara ayrılmış oğlan cəsədi aşkarlanıb.
Polisin verdiyi məlumata görə onun bədənində 30 bıçaq yarası olub. Azyaşlının cinsiyyət orqanı və digər bədən üzvləri kəsilib.
Onun kimliyi məlum olub. Azyaşlının adı mətbuatda Diego Roman kimi keçir. Diegonun həvəskar futbolçu olduğu deyilir.
Onun cəsədini futbol komandasının vitse-prezidenti tapıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Emin
Milli.Az