17 yaşlı musiqiçi evində ölü tapılıb

13 İyul 2019 10:09

Rusiyalı skripkaçı Yekaterina Tsukanova Londonda ölü tapılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Londonun Kensinqton bölgəsində yaşayan 17 yaşlı musiqiçinin meyiti evində aşkar edilib.

"Daily Mail" qəzeti isə iddia edib ki, Yekaterina xəstəxanaya yerləşdirildikdən sonra ölüb.

Qeyd edək ki, gənc skripkaçının rəfiqələri onun dozadan artıq narkotik istifadə etdiyi üçün öldüyünü söyləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az