Ansi Aqollidən ABŞ-da möhtəşəm qol - VİDEO

13 İyul 2019 10:19

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ABŞ-ın "Nyu-York Kosmos" klubunda ilk qolunu vurub.

Milli.Az xəbər verir ki, 36 yaşlı albaniyalı sol cinah müdafiəçisi Şimali Atlantik liqasının finalında "Bruklin"lə matçın 72-ci dəqiqəsində komandasının qələbə qolunu vurub.

1:0 hesablı qələbə qazanan "Nyu-York Kosmos" kuboku qazanıb.

Ansi Aqollinin vurduğu qol sosial şəbəkələrdə ən məşhur səhifələrdə paylaşılıb.

Milli.Az