Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi

13 İyul 2019 09:54

Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Zağulba, Lökbatan və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər (onlardan 4 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Milli.Az