Ramil Şeydayev "Dinamo"nun heyətində Premyer Liqada rəsmi debüt elədi

13 İyul 2019 09:59

Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.

Milli.Az xəbər verir ki, ilk turun açılış oyununda Tula "Arsenal"ı evdə Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"sunu qəbul eləyib.

Oyun 1:1 hesablı heç-heçəylə başa çatıb.

Ramil paytaxt klubunda ilk rəsmi oyununu keçirib. 23 yaşlı forvard matça start heyətdlə başlayıb və 88-ci dəqiqədə əvəzlənib

"Arsenal" "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibidir.

Milli.Az