Sumqayıtda vaqon tipli evdə yanğın baş verib

13 İyul 2019 08:23

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 60 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az