Somalidə partlayış: 10 nəfər ölüb

13 İyul 2019 08:13

Somalidə partlayış və silahlı hücum nəticəsində ən azı 10 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Kisamyo şəhərində baş verib.

Bildirilir ki, şəhərdə yerləşən otellərin birində partlayış baş verib. Daha sonra silahlı hücum başlayıb. Partlayışa görə məsuliyyəti "Aş-Şabab" terrorçu qruplaşma öz üzərinə götürüb.

Milli.Az