Türkiyədə "ilan ovu" başlayıb

12 İyul 2019 21:27

Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışlardan sonra ilanların sayı kəskin çoxalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, vilayətin bəzi bölgələrində əhali zəhərli sürünənlərlə mübarizəyə başlayıb.

Bir sıra yerlərdə uzunluğu iki metrədək ilanlar aşkar edilib. Bu günədək 5 nəfər ilan sancması ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Milli.Az