İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO

12 İyul 2019 23:55

Bəsrə və Oman körfəzində hərbi varlığını artırmaq istəyən İngiltərə bölgəyə ikinci döyüş gəmisini yollayır.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Kral Donanması "HMS Duncan" adlı "Type 45 Destroyer" tipli döyüş gəmisini körfəzə yola salıb.

"Sky News"un xəbərinə görə, döyüş gəmisi "HMS Montrose" və ABŞ müttəfiqləri ilə birgə hərəkət edəcək.

"HMS Duncan"ın bölgəyə göndərilməsinin İngiltərə və İran arasındakı gərginliyin daha da dərinləşməsinə yol açacağı ehtimal olunur.

Milli.Az