Küveytdən Bakıya birbaşa reyslər açılacaq

12 İyul 2019 20:14

"Küveyt hava yolları" bu il avqustun 1-dən Küveytdən Bakıya birbaşa reyslərə başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin "Twitter" hesabında deyilir.

Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Milli.Az