Daşqın və torpaq sürüşmələri bu ölkədə böyük faciə yaratdı - 17 ölü...

12 İyul 2019 20:54

Nepalda aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, daşqınlar ölkənin 20 rayonunda qeydə alınıb.

Azı 7 nəfərin xəsarət aldığı deyilir. Daha 7 nəfər də itkin düşüb.

Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan sakinləri təhlükəsiz yerlərə köçməyə çağırıb.

Milli.Az