Azərbaycanlı aktrisanın türkiyəli aktyorla səmimi görüntüləri yayıldı - FOTO

12 İyul 2019 20:24

Türkiyədə yaşayan aktrisa Könül Nağıyeva ilə "Kara Sevda" serialından tanıdığımız aktyor Kaan Urqancıoğlunun instaqramda səmimi görüntüləri yayılıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, "Gerçək ola bilməz" adlı filmdə tərəf müqabili olan cütlüyün səmimi görüntüləri diqqət çəkib. Aktrisa instaqram hesabında elan edib ki, ekran işinin çəkilişləri artq başa çatıb.

Məlumat üçün bildirək ki, "Diriliş Ərtoğrul" serialında döyüşçü qadın rolu ilə yadda qalan həmyerlimiz bu dəfə "Gerçək ola bilməz" filmində drammatik sevgi hekayəsində əsas rolu canlandıracaq. "Freemind Medya" istehsalı ilə lentə alınan filmin rejissoru Korhan Uğur və Könül Nağıyevadır. Dram janrında çəkilən ekran işinin təqdimat mərasimi bu ilin dekabr ayına planlaşdırılıb.

Qeyd edək ki, ekran işi sazda çalan Leyla adlı gənc qızın faciəli həyat hekayəsindən bəhs edir.

Filmdə Berkay Akın, Cansu Tuman, Tülin Özen, Çetin Sarıkartal və başqaları çəkilib. İnstaqramda yayılan kadrarxası görüntüləri təqdim edirik.

Milli.Az