Batumidə azərbaycanlıların olduğu avtobus qəzasının SƏBƏBİ BİLİNDİ

12 İyul 2019 18:41

Gürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakıdan yola düşən avtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.

Milli.Az