"Barselona" transfer bombasını açıqladı

12 İyul 2019 17:22

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer edib.

Milli.Az xəbər verir ki, kataloniyalıların saytı keçidi rəsmən açıqlayıb.

Bu transfer üçün "Barselona" 120 milyon avrosundan keçib. Fransalı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.

28 yaşlı futbolçunun sərbəst qalma dəyəri 800 milyon avro təyin edilib. Fransa millisinin üzvü 2014-cü ildən "Atletiko"da çıxış edirdi.

Elçin Alixan
Milli.Az